“Binə” yandı
31 Yanvar 2013 09:44 KriminalBu gün saat 07:00 radələrindən Bakının ən böyük ticarət mərkəzlərindən birində yanğın olub.Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən ANS PRESS-ə verilən məlumata görə, yanğın "Binə" Ticarət Mərkəzində baş verib. Hadisə yerinə 10-a yaxın yanğınsöndürən maşın və xilasedicilər cəlb olunub.Verilən məlumata görə, yanğının qarşısı alınıb və alov ram edilib. Lakin hələlik hadisənin hansı səbəbdən baş verməsi məlum deyil. Hazırda hadisə yerində mütəxəssislər işləyir
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31