Bakıda Polis İdarəsində saxlanılan şəxs qəfil ölüb
30 Yanvar 2013 18:01 KriminalBakı şəhərinin Yasamal rayonunda, rayon Polis İdarəsinin müvəqqəti saxlanma təcridxanasında saxlanılan şəxs ölüb. Lent.az-ın məlumatına görə, narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə saxlanılmış 1968-ci il təvəllüdlü Rəhimov İmamyar Ümidvar oğlunun halı qəfil pisləşib. Dərhal polis idarəsinə təcili tibbi yardım maşını çağırılıb. İ.Rəhimov polis nəzarəti altında Kliniki Tibbi Mərkəzə gətirilib və orada ölüb.
Lent.az-ın əldə etdiyi məlumata görə, İ.Rəhimov narkotik aludəçisi olub. Daim yüksək dozalı narkotik vasitə qəbul edən saxlanılmış şəxsin halı pisləşib və huşunu itirib.
Faktla əlaqədar müvafiq ekspertizalar təyin edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31