Bazara bomba qoyulması xəbəri verən məhkəmə qarşısında

Bakı Ağır Cinayətlər Məhkəməsində terrorçuluqda təqsirləndirilən 26 yaşlı Ruslan Əsədovun məhkəməsi başlayıb. Bu barədə "OLAYLAR"a məhkəmədən məlumat verilib. Prosesdə iş üzrə ittiham aktı elan olunub və təqsirləndirilən şəxs ifadə verib.
İttihama görə, Bakı şəhər sakini Ruslan Əsədov ötən ilin iyulun 6-da Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng edərək Xətai prospektindəki bazara bomba qoyulması barədə məlumat verib.
Nərimanov rayonu 18-ci Polis Bölməsi əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb, məlumat təsdiqini tapmayıb. Yalan məlumatı verən Bakı şəhər sakini, 26 yaşlı Ruslan Əsədov tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31