İrandan narkotika gətirən dəstəyə hökm oxundu

Lənkəran Ağır Cinayətlər Məhkəməsində İrandan Azərbaycana narkotika daşımaqda təqsirləndirilən mütəşəkkil dəstənin üzvləri-Cəlilabad rayon sakinləri Rahil Gülüşov, Fikrət Mirələmov və Şahin Gülüşovun məhkəməsi başa çatıb. Bu barədə "OLAYLAR"a məhkəmədən məlumat verilib. Hakim Xamməd Nuriyevin sədrliyi ilə keçirilən prosesdə Fikrət Mirələmov 10 il 6 ay, Rahil və Şahin Gülüşovlar 10 il müddətinə azadlıqdan məhrum ediliblər.
İttihama görə, Cəlilabad rayon Şatırlı kənd sakini Fikrət Mirələmov qohumları Rahil və Şahin Gülüşov qardaşları ilə Məhərrəm adlı İran vətəndaşından satış məqsədi ilə 2 kiloqram 80 qram tiryək və 2,4 kiloqramdan artıq həşişi alaraq tanışı Şahin Soltanova saxlamağa verib.
Fikrət Mirələmovun evinə keçirilən baxış zamanı 1 kiloqramdan artıq tiryək, Rahil Gülüşovun yaşadığı mənzildən isə 840 qram həşiş aşkarlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31