Narkotika alverçisinə 10 il cəza verildi
30 Yanvar 2013 17:56 KriminalLənkəran Ağır Cinayətlər Məhkəməsində narkotika alverində təqsirləndirilərək həbs olunan Salyan rayon sakini Xəqani Rzayevin məhkəməsi başa çatıb. Bu barədə "OLAYLAR"a məhkəmədən məlumat verilib. Hakim Xamməd Nuriyevin sədrliyi ilə keçirilən prosesdə Xəqani Rzayev 10 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Xəqani Rzayev Cinayət Məcəlləsinin 234.4.2, 234.4.3-cü (külli miqdarda narkotik vasitələri əldə etmə, daşıma, saxlama və ya satma) maddələri ilə təqsirləndirilir. Əvvəllər məhkumluq həyatı yaşayan Xəqani Rzayev 1 kiloqram 26 qram həşişi satmaq istəyərkən polis əməkdaşları tərəfindən yaxalanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31