Bir ailə turşudan zəhərləndi

Ağcabədidə bir ailənin bütün üzvləri zəhərlənib. Biu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə yanvarın 29-da Ağcabədi rayonunun Gələbəddin kəndində baş verib. Kənd sakini Seymur Vəliyev, arvadı Aygün, oğlanları Elvin və Elməddin qidadan zəhərlənmə ilə (pomidor turşusundan) xəstəxanaya gətiriliblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31