Gənc qadın naməlum şəraitdə öldü

Ucar rayon sakini naməlum şəraitdə dünyasını dəyişib. APA-nın məlumatına görə, hadisə gecə saatlarında rayonun Alpout kəndində qeydə alınıb. Kənd sakini, 1984-cü il təvəllüdlü İsmayılova Mətanət Arif qızı ağır vəziyyətdə təcili yardım maşını ilə Ucar Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılsa da, orada ölüb.
Meyit ekspertiza üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ucar rayon şöbəsinə aparılıb. Şöbə müdiri Rauf İsmayılov APA-ya ilkin müayinə zamanı meyitin üzərində zorakılıq əlamətlərinin müşahidə olunmadığını deyib. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31