BDU-nun rüşvətxor dekanı məhkəmə qarşısında

Məhəmməd İmanlı ifadə verməkdən boyun qaçırdı

Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvətə görə həbs olunan, Bakı Dövlət Universitetinin hüquq fakültəsinin sabiq dekan müavini, hüquq elmləri doktoru, professor Məhəmməd Nağı oğlu İmanlının məhkəməsi keçirilib. Bu barədə "OLAYLAR"a məhkəmədən məlumat verilib. Hakim Əlövsət Abasovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə ittiham aktı elan olunandan sonra Məhəmməd İmanlıya ifadə verməyi təklif edib. Məhəmməd İmanlı isə hazırda ifadə verməyə hazır olmadığını və zərərçəkənlər dindiriləndən sonra danışacağını bildirib.
İttihama görə, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin "161-Qaynar xətt"inə zəng edən Bakı şəhər sakini Bakı Dövlət Universitetinin hüquq fakültəsinin "Cinayət hüququ və kriminologiya" kafedrasının müəllimi, hüquq elmləri doktoru, professor əvəzi M.İmanlının BDU-nun Beynəlxalq iqtisadi əlaqələr fakültəsində ikinci ali təhsil almaq üçün 40.000 manat pul tələb etdiyini deyib. Məhəmməd İmanlı 5 may 2012-ci il tarixdə yaşadığı Bakı şəhəri, Zabrat qəsəbəsi, A.S.Puşkin küçəsi, 6 №-li evdə qeyd olunan külli miqdarda pulu rüşvət kimi alarkən cinayət başında yaxalanıb.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31