Bakıda çağırışa tələsən təcili yardım maşını aşdı
29 Yanvar 2013 16:57 KriminalHəkim xəsarət alıb. Bakının Sabunçu rayonu ərazisində xəstə üstünə tələsən təcili yardım maşını qəzaya uğrayıb. Hadisə şahidlərinin Milli.Az-a verdiyi məlumata görə, bu gün saat 16:30 radələrində Kürdəxanı qəsəbəsində təcili yardım maşını yoldan çıxaraq aşıb. Yolun kənarında olan dəmir boru maşının dərəyə yuvarlanmasının qarşısını alıb.
Sabunçu Rayon Polis İdarəsindən Milli.Az-a bildirildi ki, təcili yardım maşını sərnişin avtobusu ilə toqquşub. Sonra idarəetmədən çıxaraq aşıb.
Qəza zamanı təcili yardım maşınında olan həkim xəsarət alıb. Məlumata görə, təcili yardım xəstə çağırışına gedirmiş.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31