Bakının tanınmış mehmanxanasında almaniyalı baş menecerin meyiti tapılıb

Bakının məşhur mehmanxanasında əcnəbi menecerin meyiti tapılıb.  Nəsimi Rayon Prokurorluğundan Milli.Az-a verilən məlumata görə, Nizami küçəsi 71-də yerləşən "İsr Plaza" mehmanxanasının 7-ci mərtəbəsində yaşayan KCA" Deutay şirkətində baş meneceri 50 yaşlı Almaniya vətəndaşı olan Hanger Georgi Deutser ölmüş vəziyyətdə aşkarlanıb. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb. Aparılan araşdırmalardan sonra baş menecerin ürək tutmasından ölməsi məlum olub.  Onu da əlavə edək ki, Hanger Georgi Deutserin işlədiyi şirkət həmin mehmanxananın 13-cü mərtəbəsində yerləşir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31