“Bank Respublika”nı qarətə cəhd edən yaxalandı
29 May 2012 15:03 KriminalBakıda fəaliyyət göstərən " Bank Respublika"ASC-ni qarət etməyə cəhd göstərən şəxs yaxalanaıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə mayın 28-də "Bank Respublika" ASC-nin Bakının Nizami rayonu ərazisindəki filialında qeydə alınıb. Filialdan daxil olmuş həyəcan siqnalı yoxlanılarkən bankın qapısının şüşəsini sındıraraq içəriyə daxil olmağa cəhd göstərmiş şəxs Baş Mühafizə İdarəsinin əməkdaşı tərəfindən saxlanılaraq Nizami rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinə təhvil verilib. Faktla bağlı araşdırmalar aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31