Ötən il Ağdaşda tapılan meyitin kimliyi bu il məlum oldu

Ağdaşda 4 ay əvvəl tapılmış meyitin şəxsiyyəti müəyyən edilib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, meyitin şəxsiyyəti Ağdaş RPŞ tərəfindən müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 2012-ci il oktyabrın 19-da Qarağan Sədi kəndinin ərazisində tapılmış meyitin Sumqayıt şəhər sakini Qorxmaz Hüseynov olması müəyyən edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31