Bakıda külli miqdarda saxta boya aşkarlanıb
29 Yanvar 2013 15:22 KriminalBakıda külli miqdarda saxta boya satılan yer aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Suraxanı rayonu ərazisindəki tikinti materialları mağazasında Bakı şəhər sakini İslam Əsgərovun yararlılıq və istifadə müddəti bitmiş boyaları istehlakçıya satması barədə əməliyyat məlumatı daxil olub. Mağazaya baxış keçirilib, bu zaman külli miqdarda yararlılıq və istifadə müddəti keçmiş materiallar aşkar edilərək götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31