19 yaşlı qızı qətlə yetirən şəxs polisə təslim olub

Mayın 28-də Yasamal rayonu ərazisində 19 yaşlı qızı qətlə yetirən şəxs könüllü təslim olub. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı xəbərə görə, Yasamal rayonunda yaşayan Günel Nəsirovanı bıçaqla qətlə yetirən şəxsin Bakı şəhər sakini Pərviz Paşapur olduğu müəyyənləşib. Pərviz Paşapur hadisəni törədəndən sonra könüllü olaraq Yasamal Rayon Polis İdarəsinin 28-ci PB-yə gəlib təslim olub. Hadisənin qısqanclıq zəminində baş verdiyi bildirilir.  Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci(qəsdən adam öldürmə)maddəsilə cinayət işi başlanıb.
Qeyd edək ki, Günel Nəsirovanın qətlə yetirilmiş meyidi mayın 28-də Yasamal rayonun ərazisində yaşadığı binanın qarşısında tapılmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31