Xaçmazda yanğın baş verdi

Gecə saatlarında Xaçmazda yanğın baş verib. Rtv.az-ın məlumatına görə 1960-cı il təvəllüdlü Xaçmaz rayonu Mollabürhanlı kəndi sakini Mayaxanım Eyyubovanın təsərrüfatında yığılan 5 ton ot bağlamasının 2,5 tonu yanıb. Əraziyə FHN-nin Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını cəlb olunub. Yanğın məhdudlaşdırılıb, digər ərazilərə keçməsinin qarşısı alınıb. Hadisə zamanı xəsarət alan olmayıb. ("OLAYLAR"İA) 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31