“Bakcell”in stansiyası təhlükədə
29 Yanvar 2013 12:10 KriminalBakıda şirkətdə güclü yanğın olub. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə Binəqədi rayonunda vətəndaşa məxsus "El" kiçik müəssisəsinin ərazisində baş verib. Sahəsi 40 kv.m. olan tikilinin içərisində gücü 560 kVt olan transformator və elektrik tənzimləyicisinin yanar hissələri yanıb. Ərazidə olan un dəyirmanının elevatoru və "BAKCELL" şirkətinin stansiyası yanğından mühafizə olunub. Yanğın saat 02:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31