Salyanda arvadını və yeznəsini namus üstə öldürənə 15 il cəza

Lənkəran Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşı və yeznəsini qətlə yetirməkdə təqsirləndirilən Salyan rayon sakini, 27 yaşlı Xəlil Hüseynovun məhkəməsi başa çatıb. Bu barədə "OLAYLAR"a məhkəmədən məlumat verilib . Hakim Oruc Cəlilovun sədrliyi ilə keçirilən prosesdə xüsusi amansızlıqla qətl hadisəsi törətməkdə təqsirli bilinən Xəlil Hüseynov 15 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, 2012-ci il iyulun 26-da Xəlil Hüseynov Salyanın Arbatan kəndində həyat yoldaşı Kübra Axundovanı qətlə yetirib, yeznəsi Zaur Gözəlova 6, Salyan şəhər sakini Cəlil Baxışova isə bir neçə bıçaq zərbəsi endirib. Xəstəxanaya çatdırılan Zaur Gözəlov orada dünyasını dəyişib. X.Hüseynov hadisəni namus üstə törədib. Belə ki, o, hamilə vəziyyətdə olan həyat yoldaşı ilə yeznəsi Zaur Gözəlovun gizli görüşmələri və intim münasibətdə olmalarını öyrənib. Bundan sonra bıçaqla silahlanaraq sevgililəri qətlə yetirib. Hadisə zamanı Xş Hüseynov onu sakitləşdirmək istəyən C.Baxışovu da bıçaqlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31