“Kapitalbank”ın bankomatını qarət etməyə cəhd edən yaxalandı

Azərbaycanda bankomatı qarət etməyə cəhd göstərən məcburi köçkün yaxalanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə yanvarın 26-da Biləsuvar rayonunun ərazisindəki 8 saylı qəsəbədə baş verib. Сəbrayıl rayon sakini Xəyyam Əliyev "Kapital-Bank"-a məxsus bankomat aparatını kəsiсi və deşiсi alətlə zədələyib. X.Əliyev Cəbrayıl RPŞ əməkdaşları tərəfindən tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31