Siyəzən-Şabran yolunda qəza baş verib
28 Yanvar 2013 12:20 KriminalSiyəzən-Şabran yolunun Siyəzən şəhəri ərazisindən keçən hissəsində yol nəqliyyat hadisəsi baş verib. 43 yaşlı Siyəzən şəhər sakini Əlzaman Mürsəlovun idarə etdiyi 10 BC 165 qeydiyyat nişanlı "VAZ 21 07" markalı avtomobil qarşıdan gələn 32 yaşlı Siyəzən şəhər sakini Zəka Ələsgərovun idarə etdiyi 10 KX 028 qeydiyyat nişanlı "VAZ 21 06" markalı nəqliyyat vasitəsi ilə toqquşub. Rtv.az-ın məlumatına görə qəza zamanı sürücülər və "VAZ 21 07"-nin sərnişini 35 yaşlı Şabran rayonu, Ağalıq kənd sakini Nazim Şövlətov müxtəlif dərəcəli xəsarətlər alaraq Siyəzən Regional Müalicə Diaqnoztika Mərkəzinə çatdırılıb. "VAZ 21 06"-nın sürücüsü Zəka Mürsəlovun vəziyyəti ağır olduğundan o, paytaxtda yerləşən tibb müəssisələrindən birinə göndərilib. "VAZ 21 07"-nin sürücüsü Əlzaman Mürsəlov hazırda palata şəraitində müalicə alır. Sərnişin Nazim Şövlətovun xəsarətləri yüngül olduğundan o, ambultor qaydada müalicəyə buraxılıb. Qəza zamanı hər iki avtomobilin yüksək sürətlə idarə olunduğu bildirilir. Hadisənin dəqiq başvermə səbəbləri Siyəzən rayon Polis Şöbəsində aparılan araşdırmaların sonunda məlum olacaq. ("OLAYLAR"İA)