Xiyar-pomidor bəlası...
Zəhərlənənlər arasında Türkiyə vətəndaşı və azyaşlı da var
29 May 2012 12:45 KriminalAzərbaycanda kütləvi zəhərlənm hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, zəhərlənənlər sırasında Türkiyə vətəndaşı və 10 yaşlı uşaq da var. Mayın 28-də Abşeron rayonunda yaşayan Türkiyə vətəndaşı Tunca Nurten, Sumqayıt şəhər sakini Gülənbər Əlizadə və bacısı Aişə, Abşeron rayon sakini Sona Rəhimova və Beyləqan rayon sakinləri Maya Həsənova, Gülər Abdullayeva, Zəkiyyə Cabbarova və onun nəvəsi 10 yaşlı Vüsal Cabbarlı evlərindən qidadan zəhərlənmə ilə xəstəxanalara gətiriliblər. Həmin şəxslərin pomidor və xiyardan zəhərkləndikləri məlum olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31