Qonaq qonağı istəməz...

Cəlilabadda dəhşətli qətl hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə mayın 28-də Cəlilabad rayonunun Göytəpə şəhərində baş verib. Orada yaşayan Fazil İbrahimovun evinə gəlmiş qonaqlar arasında baş verən mübahisə bir nəfərin ölümü, digər qonağın isə xəsarət alması ilə nəticələnib. Evə qonaq gələn şəhər sakini Mirhəsən Həsənov, orada qonaq olan həmyerliləri Nazim Əsmətov və onun qardaşı Ceyhunu bıçaqlayıb. Xəstəxanaya yerləşdirilmiş N.Əsmətov orada ölüb, Ceyhunun vəziyyəti isə qənaətbəxşdir. M.Həsənov könüllü olaraq təslim olaraq  hadisə zamanı istifadə etdiyi bıçağı təhvil verib.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31