Azərbaycanda icra başçısı güllələndi
3 İyul 2018 22:55 KriminalGəncə İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə axşam saatlarında silahlı hücum olub.
Hücum edən 1982-ci il təvəllüdlü, axtarışda olan Yunis Səfərovun açdığı atəş nəticəsində Elmar Vəliyevin mühafizəçisi həlak olub. E.Vəliyev isə başından və qarın nahiyəsindən ağır yaralanıb.
Hazırda E.Vəliyev Gəncə Mərkəzi Xəstəxanasında əməliyyat olunur.
Başçının Bakıda yaşayan ailəsi təcili Gəncəyə yola düşüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31