Masazırda azyaşlı faciəsi: qoyun məktəbli qızı ölümə apardı
Abşeron rayonunda ürək sızladan faciə olub
28 Yanvar 2013 10:41 KriminalRayon Prokurorluğundan Milli.Az-a verilən məlumata görə, dünən Masazır qəsəbəsində qoyun otarmağa gedən 8 yaşlı Fərqanə Yusifovanın meyiti tapılıb.Azyaşlının evə qayıtmadığını görən valideynləri onu axtarmağa başlayıblar. Yaxınlıqdakı su xəndəyindən qızın meyitini tapıblar.Məktəblinin hansı şəraitdə xəndəyə yıxılması məlum deyil. Prokurorluq əməkdaşları da elə bu məsələni araşdırırlar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31