10-ci sinif şagirdi qaz borusuna görə adam öldürdü – TƏFƏRRÜAT
27 Yanvar 2013 10:59 KriminalAbşeron rayonunda törədilmiş qətl hadisəsinin təfərrüatları məlum olub. Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə mülk üstündə baş verən münaqişə nəticəsində törədilib.Məlumata görə, 1996-cı il təvəllüdlü Orxan Zamanovla 1980-ci il təvəllüdlü Famil Usubov arasında münaqişə yaranıb. Belə ki, Orxangilin ailəsi Familgilin həyətindən qaz borusu çəkiblər. Sonradan Familgilin ailəsi həmin qaz borusunu kəsərək götürüb. Orxan Familgilə gedərək, məsələni aydınlaşdırmaq istəyib. Onların arasında yaranan mübahisə böyüyərək davaya çevrilib. Əsəblərinə hakim ola bilməyən 10-cu sinif şagirdi Orxan Zamanov özündən 16 yaş böyük Famil Usubova bıçaqla zərbə endirərək, onu qətlə yetirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31