Gülər Əhmədovanın əri təkzib etdi
26 Yanvar 2013 13:07 KriminalElşad Abdullayevin videoşoularından sonra adı dillər əzbəri olan və ötən ilin sonlarında müəmmalı şəkildə Türkiyədəki xəstəxanaların birində dünyasını dəyişən Sevinc Babayevanın oğlu Ayxan Məmmədov da getdikcə cəmiyyətdə populyarlaşmağa başlayıb.Artıq az qala hər gün mətbuata açıqlama verən A. Məmmədov bu dəfə də Gülər Əhmədovanın ailəsinin onu rahat buraxmadığından gileylidir. Mətbuata açılamasında Ayxan Məmmədov deyib ki, Gülər Əhmədovanın ailəsi guya onun təhdidlərindən sonra prokurorluğa müraciət edərək təhlükəsizliklərinə təminat istəyiblər.
Ayxan Məmmədovun iddialarıyla bağlı Gülər Əhmədovanın həyat yoldaşı Fikrət Əhmədovla əlaqə saxlamışıq. Moderator.az - a açıqlamasında F. Əhmədov mətbuatı da qınadı ki, bir uşağın iddiaları əsasında lazım olmayan məlumatlar yayaraq hamını narahat edirlər: "Bizim ailə qorunmayla və təhlükəsizliyimizin təmin edilməsiylə bağlı heç bir yerə müraciət etməyib. Xahiş edirəm həmkarlarınıza da deyin, yersiz, əsassız məlumatlar yaymasınlar."