Bakıda silahlı şəxs yaxalandı

Bakıda keçmiş məhbus odlu silahla yaxalanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə Binəqədi rayonu ərazisində baş verib.  Binəqədi RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Qurban Dəmirovdan 1 ədəd "Naqan" tipli tapança və 3 ədəd patron götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31