“Binə”Ticarət Mərkəzində ölüm

"Binə" Ticarət Mərkəzində ölüm hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə yanvarın 23-də baş verib. Qaradağ rayonu ərazisində, "Binə" ticarət mərkəzində, Bakı şəhər sakini Vəsilə Səttarova yıxılaraq kəllə beyin xəsarəti alıb. Xəstəxanaya yerləşdirilmiş V.Səttarova yanvarın 24-də orada ölüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31