Ana 5 yaşlı oğlunu döyərək öldürdü

Türkiyənin Antalya vilayətinin Elmalı rayonunda yaşayan Osman Ağarın arvadı həbs olunub. Qadın 5 yaşlı oğlunu döyərək öldürməkdə suçlanır.
 Milli.Az AA-ya istinadən bildirir ki, Antalya Elmi-Tədqiqat Xəstəxanasının beyin cərrahı, professor Niyazi Nefi Karanın dediyinə görə, uşaq xəstəxanaya gətiriləndə başında çox ağır xəsarətlər vardı.
"Uşağın beyin damarlarından birində tıxanma yaranmışdı. Həmin tıxanmanın səbəbi isə ağır zərbə idi. Bütün səylərimizə rəğmən, uşağı ölümdən ala bilmədik", - professor deyib.
5 yaşlı oğlanın atası Osman Ağtar və babası Mehmet Ağarın dediklərinə görə, uşağı anası döyüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31