Türkiyədə azərbaycanlını qətlə yetirilənlər saxlanılıb VIDEO

Hazırda onlar Çanakkala təhlükəsizlik idarəsində dindirilir

Türkiyədə yanvarın 5-də naməlum şəkildə qətlə yetirilən azərbaycanlı qadının qatilləri yaxalanıb. Çanakkala bölgəsində meyidi aşkar olunan 25 yaşlı Cəmilə Cəbiyevanın hansı şəraitdə və kimlər tərəfindən öldürülməsi ilə bağlı yaradılan istintaq komissiyası, qətllə bağlı 4 nəfər şübhəli şəxsin saxlanmasına nail olub. Hazırda onlar Çanakkala təhlükəsizlik idarəsində dindirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31