Ermənilərlə çeçenlər arasında kütləvi dava

Silahlar işə düşüb, bir erməni öldürülüb, bir çeçen isə yaralanıb

Mayın 27-də Rusiyada çeçenlərlə ermənilər arasında kütləvi dava olub. Lent.az-ın "volcity.ru" saytına istinadən verdiyi məlumata görə, Volqoqrad vilayətinin Jironovskiy rayonunun Medvedetskoe kəndində baş verən kütləvi dava zamanı tərəflər odlu silahlardan da istifadə edib. Amircanyan adlı bir erməninin tapançadan açdığı atəş nəticəsində bir çeçen qarnından güllə yarası alıb. Atəş açan ermənini çeçenlər bıçaqlayıblar. Xəstəxanaya çatdırılan Amircanyan həyatını itirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31