Bakıdakı liseydə məktəblilər arasında dava, yaralı var

Bakı şəhərində yerləşən məktəbdə şagirdlər arasında dava düşüb. Bakı Şəhər Baş Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, hadisə yanvarın 24-ü, saat 11:50 radələrində, Sabunçu Bakıxanov qəsəbəsi, Məktəbli küçəsində yerləşən 12 saylı liseydə baş verib. Həmin liseyin şagirdi, Bakı şəhər sakinləri Ramin Novruzov Ramil Məmmədovu döyərək xəsarət yetirib. Yaralı məktəbli 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. 
Hazırda R.Novruzovun tutulması üçün Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsi əməkdaşları tərəfindən əməliyyat tədbirləri keçirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31