Yanacaqdoldurma məntəqəsində avtomobil partladı VIDEO
Hadisə İranın Şiraz şəhərində baş verib
25 Yanvar 2013 11:48 Kriminalİranın cənubunda yerləşən Şiraz şəhərindəki yanacaqdoldurma məntəqəsində avtomobil partlayıb. Hadisə isə belə baş verir: Avtomobil benzin doldurmaq üçün yanacaqdoldurma məntəqəsinə daxil olur və hər şey bir anda olur. Avtomobilin yanacaq çəni qəflətən partlayır. Partlayış nəticəsində avtomobil yararsız hala düşür. Təşviş içində qalan sürücü nə baş verdiyini anlaya bilmir. Xoşbəxtlikdən hadisə zamanı ölən və xəsarət alan olmur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31