Neftçalada ev partladı: ölən və xəsarət alan var
Neftçalada yanğınla nəticələnən partlayış baş verib, bir nəfər ölüb
25 Yanvar 2013 10:28 KriminalTrend-in Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, Neftçala şəhərində vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan birmərtəbəli 2 otaqlı aynəbəddən ibarət qamış və palçıqdan tikilmiş evdə yanğınla nəticələnən partlayış baş verib. Nəticədə evin konstruksiyaları və ev əşyaları yanıb.Yanğın yerinin kəşfiyyatı zamanı 1958-ci il təvəvəllüdlü Nağıyeva Şəndə Vəli qızının meyiti aşkar edilib.Ev sahibi müxtəlif yanıq xəsarətləri ilə xəstəxanaya aparılıb.Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın saat 03:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31