Zorlamalara qeyri-adi çarə
Hindistanda qadınlara müdafiə məqsədilə soyuq silah paylanıb
24 Yanvar 2013 20:12 KriminalSon vaxtlar Hindistanda dövlət səviyyəsində qarşıdurmalara səbəb olan zorlamalara qeyri-adi çarə tapılıb. Belə ki, ölkədəki qatı sağçı "Shiv Sena" siyası partiyası qadınlara özlərinin müdafiə üçün bıçaq paylayıb.Partiya rəsmisi Ajay Chovdhary hakimiyyətin qadınların təhlükəsizliyini təmin etmədə uğursuz olduğunu deyib. "İstəyirsiniz bu bıçaqla meyvə tərəvəz kəsin, istəyirsiniz sizə uzanan yad bir əli. Seçim sizindir", deyə o bildirib.Partiyanın Bombeydə 21 min bıçaq paylamağı planlaşdırdığı bildirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31