Ağsuda 4 otaqlı ev yandı, xəsarət alan var

Ağsu rayonunda birmərtəbəli ev yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə rayonun Muradlı kəndində (rayon mərkəzindən 8 km aralı)baş verib. Vətəndaşa məxsus ümumi sahəsi 130 kv.m olan birmərtəbəli dördotaqlı kürsülü evin 3 otağının yanar konstruksiyaları 109 kv.m sahədə yanıb. Ev sahibi yanıq xəsarətləri ilə vətəndaşlar tərəfindən xəstəxanaya aparılıb. Evə bitişik tikilmiş ümumi sahəsi 75 kv.m olan tövlə və ümumi sahəsi 52 kv.m olan talvar yanğından mühafizə olunub. Yanğın saat 10:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31