Polis mayoru ağacdan yıxılaraq öldü
Qarayev Cəlil yaşadığı evinin həyətində budama işləri aparan zaman yıxılıb
24 Yanvar 2013 11:26 KriminalAzərbaycanın Ağdaş rayonunda polis zabiti bədbəxt hadisə nəticəsində ölüb. APA-nın xəbərinə görə, rayon Polis Şöbəsinin polis mayoru, sahə müvəkkili Qarayev Cəlil Hidayət oğlu dünən yaşadığı evin həyətində budama işləri aparan zaman ağacdan yıxılıb.
Ağır bədən xəsarətləri alan C. Qarayev Ağdaş Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib və onun üzərində cərrahiyyə əməliyyatı aparılıb. 1960-cı il təvəllüdlü polis əməkdaşı bu gün səhər xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı Ağdaş rayon Prokurorluğunda araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31