Bakıda tikinti şirkətinin anbarı yandı, yaşayış binası təhlükədə qaldı
24 Yanvar 2013 11:25 KriminalBakıda tikinti şirkətinin anbarında yanğın olub. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə Yasamal rayonunda baş verib. 17 mərtəbəli yaşayış binasının zirzəmisində yerləşən vətəndaşa məxsus tikinti şirkətinin ümumi sahəsi 35 kv.m olan anbarının yanar konstruksiyaları və içərisinə yığılmış inşaat materialları 30 kv.m sahədə yanıb. Anbarın qalan hissəsi və mənzillər yanğından mühafizə olunub. Yanğın saat 00:47-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31