İsmayıllıdakı hadisələrlə bağlı cinayət işi açıldı

  Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.İsmayıllı rayonunda baş verən qarşıdurma hadisəsi ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır. Bu barədə Trend-ə hüquq-mühafizə orqanlarından məlumat verilib.
Qeyd edək ki, yanvarın 23-dən 24-nə keçən gecə İsmayıllı rayonunda bir qrup insan "Çıraq" otelinin qarşısında aksiya keçiriblər. Aksiya zamanı otel və bir neçə maşın yandırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31