Heroin alverçisi 11 il cəza aldı
23 Yanvar 2013 17:15 KriminalBakı Ağır Cinayətlər Məhkəməsində narkotika alverində təqsirləndirilən Bakı şəhər sakini Mirzəbala Abdullayevin məhkəməsi başa çatıb. Bu barədə "OLAYLAR"a məhkəmədən məlumat verilib. Prosesdə iş üzrə məhkəmə istintaqı yekunlaşıb və təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Mirzəbala Abdullayev 11 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Nəsimi rayon Polis İdarəsinə Mirzəbala Abdullayevin narkotik alveri ilə məşğul olması barədə məlumat daxil olub. Məlumat əsasında keçirilən əməliyyat nəticəsində M.Abdullayevi polis əməkdaşları narkotik maddə satarkən iş başında yaxalayıblar. Mirzəbaba Abdullayevin üzərinə baxış zamanı 20 qramdan artıq, Alı Mustafayev küçəsində yaşadığı evdən isə 1 kiloqramdan artıq heroin aşkar olunaraq götürülüb. Məhkəmədə narkotiki tanımadığı İran vətəndaşından aldığını deyən M.Abdullayev heorini satış məqsədi ilə əldə etməsini də etiraf edib.