Tanışını girov saxlayıb zorlayan şəxsə hökm oxunub
23 Yanvar 2013 17:13 KriminalBakı Ağır Cinayətlər Məhkəməsində zorlama cinayətində təqsirli bilinən Ağcabədi rayon sakininın cinayət işi üzrə məhkəmə başa çatıb. Bu barədə "OLAYLAR"a məhkəmədən məlumat verilib. Məhkəmənin hökmü ilə Ə. C. 7 il müddətə azadlıqdan məhrum edilib. İttihama görə, Ə. C. tanışı 34 yaşlı S.A.-nı aldadaraq kirayə yaşadığı Bakının Nizami rayonu Naxçıvanski 9, mənzil 12-yə aparıb. O, evdə qadına intim münasibətdə olmağı təklif edib. Qadın buna etiraz etsə də, Ə. C. buna məhəl qoymayıb və onu zorlayıb. Ə. C. qadını zorlayandan sonra evdə girov kimi saxlayıb və bir neçə dəfə onunla cinsi əlaqədə olub. Lakin bir neçə gündən sonra S. A. evdən qaçmağı bacarıb və Nizami rayon Polis İdarəsinə gələrək Ə. C. tərəfindən zorlandığını bildirib. Onun şikayəti əsasında Ə. C. polis əməkdaşları tərəfindən həbs edilib. Ə. C. Cinayət Məcəlləsinin 145.1-ci (adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmə) və 149.1-ci (zorlama, yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olma) maddələri ilə ittiham edilib.