Mobil telefonlar aşkarlanıb
23 Yanvar 2013 16:55 KriminalXaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunda Azərbaycan Respublikasının vətəndaşı Əli Həşimovun idarə etdiyi "HYUNDAİ TG" markalı minik avtomobilinə gömrük nəzarəti keçirilib. Dövlət Gömrük Komitəsindən "Olaylar"a verilən məlumata görə, baxış zamanı həmin avtomaşından, gömrük nəzarətindən gizlədilmiş şəkildə - 30 ədəd "Samsung Galaxy Note 2", 10 ədəd "Samsung Galaxy Note" və 5 ədəd "İphone" markalı mobil telefonlar aşkar edilərək götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31