Bakıda vətəndaşı döyüb qarət edən dəstə ələ keçdi
23 Yanvar 2013 14:08 KriminalBakıda vətəndaşı döyüb qarət edən mütəşəkkil dəstə zərərsizləşdirilib. Bu barədə "OLAYLAR"a Bakı şəhər Baş Polis İdarəsindən məlimat verilib. Məlumata görə, yanvarın 21-də Yeni Günəşli qəsəbə sakini Elşən Məmmədov ərizə ilə 33-cü PB-yə müraciət edərək bildirib ki, yanvarın 20-i saat 23 radələrində, naməlum şəхslər onun S.Cəfərov küçəsində yerləşən evinin qarşısında yumruqla vuraraq, içərisində 300 manat və danışıq kartları olan çantasını əlindən almağa cəhd edib, qonşular hadisə yerinə yaхınlaşdıqda isə onlar hadisə yerindən qaçıblar. Suraхanı RPİ 33-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, quldurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Azər Məmmədov yanvarın 21-də, cinayətin digər iştirakçısı, Bakı şəhər sakini Aslan Aslanov isə yanvarın 22-də Suraхanı CAŞ və 33-cü PB-nin əməkdaşları tərəfindən yaхalanıb.