Bakıda iki narkotika alverçisi birdən yaxalandı
23 Yanvar 2013 14:06 KriminalBakı polisi bir gündə iki narkotika alverçisini yaxalayıb. Bu barədə "OLAYLAR"a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib. Məlumata görə, Nərimanov RPİ NMB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Sumqayıt şəhər sakini İlham Şərifovdan 270 qram mariхuana aşkar edilərək götürülüb.
Nəsimi RPİ NMB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Astara rayon sakini Fuad Gənciyevdən 1 kiloqramdan artıq tiryək və 1 kiloqrama yaхın mariхuana aşkar edilərək götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31