Ötən il 3 korrupsioner prokurorluq işçisinə cinayət işi başlanıb
23 Yanvar 2013 12:55 KriminalBaş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi ötən il Azərbaycanda korrupsiyaya hallarına yol verən prokurorluq işçilərinin sayını açıqlayıb. "OLAYLAR"ın məlumatına görə, idarə rəisi Kamran Əliyev bildirib ki, hesabat dövrü ərzində korrupsiya ilə barışmaz mübarizə prokurorluq orqanlarında da həyata keçirilib: " 2012-ci il ərzində 3 prokurorluq işçisi barəsində 2 cinayət işi istintaq edilərək baxılması üçün aidiyyəti məhkəmələrə göndərilməklə müvafiq ittiham hökmləri çıxarılıb. Bundan əlavə, korrupsiya hüquqpozmalarına yol vermiş prokurorluq işçiləri barəsində idarənin Daxili Təhlükəsizlik Xidməti tərəfindən aparılmış araşdırmalar nəticəsində 4 prokurorluq əməkdaşı intizam tənbehi ilə cəzalandırılmaqla, onlardan 1-i tutduğu vəzifədən azad edilib, 1-i isə prokurorluq orqanlarından xaric edilib".