Qadınları xarici ölkələrdə satan şəxslər tutulublar

Qazancı qadınları xarici ölkələrdə satmaqdan çıxaran şəxslər tutulublar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Sumqayıt şəhər sakini Təranə Ağayeva gəlir əldə etmək məqsədilə qadınları Birləşmiş Ərəb Əmirliklərinin Dubay Əmirliyinə apararaq cinsi istismara məruz qoymasına görə saxlanılıb.
Gəncə şəhər sakini Şəfiqə Zeynalova qadınları Türkiyəyə apararaq cinsi istismara məruz qoymasına görə saxlanılıb. Hər iki əməliyyatı İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşları həyata keçiriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31