Şamaxı yolunda yük maşını benzindaşıyana çırpıldı VIDEO

Bu gün səhər saat 09:10 radələrində Bakı-Şamaxı yolunun Binəqədi rayonundan keçən ərazisində yol nəqliyyat hadisəsi baş verib. Milli.Az-ın məlumatına görə, Day.Az-ın hadisə yerində olan müxbiri xəbər verir ki, "Shacman" markalı yük avtomobili benzindaşıyan avtomobillə toqquşub. Yük maşınının sürücüsünün sözlərinə görə, hadisədə günahkar benzindaşıyanın sürücüsüdür. "O, saatda 70 km sürətlə maşını sola döndərdi", - o iddia edib.
Hadisə nəticəsində xəsarət alan olmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31