Aydın Mirzəzadə qəza törətdi – Ölən var

Deputatın maşınının vurduğu qadın öldü

Deputat Aydın Mirzəzadə yol qəzası törədib. AzNews.az-a daxil olan məlumata görə, Bakı-Astara yolunun 72-ci km-də (Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində) yolu keçmək istəyən piyada qadını vurub. Bu zaman A.Mirzəzadənin yanında deputat Elman Məmmədov da olub.

***
YAP-çı millət vəkili Aydın Mirzəzadəyə məxsus maşının törətdiyi qəzanın təfərrütları məlum olub. Belə ki, qəza tərədən 10 TD 199 dövlət nömrə nişanlı, "Honda Accord" markalı maşında sükan arxasında millət vəkilinin sürücüsü olub. Hadisə baş verdikdən sonra millət vəkilinin yanındakı şəxslərin, o cümlədən millət vəkili Elman Məmmədovun səfəri yarımçıq qoyaraq, Bakıya qayıtdığı xəbər verilir. A.Mirzəzadə isə hadisə yerində qalaraq yol polisi əməkdaşlarını gözləyib.
Hadisəni millət vəkili Elman Məmmədov AzNews.az-ın əməkdaşı ilə söhbətində təsdiqləyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31