10 yaşlı qız qaynar suda yandı
22 Yanvar 2013 15:05 KriminalAzərbaycanda 10 yaşlı uşaq qaynar suda yanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə yanvarın 21-də Qobustan rayonunun Nərimankənd kəndində baş verib. Kənd sakini, 2003-cü il təvəllüdlü Füruzə Yaqubovanın üstünə qaynar su tökülüb. Nəticədə yanıq xəsarəti almış uşaq xəstəxanaya yerləşdirilmiş, vəziyyəti orta-ağırdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31