“20 Yanvar”ın oğruları həbs olundu
22 Yanvar 2013 12:48 KriminalBakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidməti paytaxtda baş verən kriminal hadisələrlə bağlı məlumat yayıb. Yanvarın 21-də, Yeni Günəşli qəsəbə sakini Elşən Məmmədov ərizə ilə 33-cü PB-yə müraciət edərək bildirib ki, yanvarın 20-i saat 23 radələrində, naməlum şəxslər onun S.Cəfərov küçəsində yerləşən evinin qarşısında yumruqla vuraraq, içərisində 300 manat və danışıq kartları olan çantasını əlindən almağa cəhd edib, qonşular hadisə yerinə yaxınlaşdıqda isə onlar hadisə yerindən qaçıb gediblər. Suraxanı RPİ 33-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, quldurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvələr məhkum olunan Azər Məmmədov yanvarın 21-də yaxalanıb. Digər şübhəlilərin yaxalanması istiqamətində tədbirlər davam etdirilir.
Dekabrın 20-i 2012-ci il tarixdə, O.Vəliyev küçəsində, Bərdə rayon sakinləri Əlvan Quliyev, Ruslan Məmmədov və Mingəçevir şəhər sakini, əvvələr məhkum olunan Taleh Dostıyev Bakı şəhər sakini Kəmalə İsgəndərovanın içərisində 73 manat, 2 ədəd mobil telefon, gümüş bilərzik və açarlar olan əl çantasını əlindən alıb qaçdıqlarına görə, yanvarın 21-də Nizami RPİ 23-cü PB-nin əməkdaşları tərəfindən tutulublar. Yanvarın 21-i saat 13:15 radələrində, Atatürk prospektində, Bakı şəhər sakinləri Xətai Cəfərzadənin idarə etdiyi "Socar" şirkətinə məxsus "Nissan" markalı və Zair Məmmədovun idarə etdiyi "Mersedes" markalı avtomobillər toqquşub və nəticədə X.Cəfərzadənin sərnişin oğlu Hüseyn hadisə yerində ölüb.
Yanvarın 21-i saat 16:30 radələrində, Hövsan qəsəbəsində, Bakı şəhər sakinləri Telman Bədəlov idarə etdiyi "Mersedes" markalı avtomobilin idarəetməsini itirərək maneəyə vurub, nəticədə T.Bədəlovun sərnişinləri Firəngiz Bədəlova, Habil Bağırov , Yalçın Musayev, İlhamə Kamilova və oğlu Ümid 3 saylı xəstəxanaya yerləşdirilib, Ü.Kamilov aldığı xəsarətlər nəticəsində ölüb.
Binəqədi RPİ 7-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində AR CM-in 126-cı (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə axtarışda olan Asim Əliyev yanvarın 21-də yaxalanıb.
Xətai RPİ CAŞ və 36-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində AR CM-in 180-ci (soyğunçuluq) maddəsi ilə axtarışda olan Urfan Məmmədzadə yanvarın 21-də yaxalanıb.