Ölkəyə qanunsuz yolla mobil telefon gətirilməsi cəhdinin qarşısı alınıb

Dövlət Gömrük Komitəsinin əməkdaşları gömrük nəzarətindən gizlədilmiş müxtəlif markalı mobil telefonlar aşkar ediblər.
Trend-in DGK-nın rəsmi saytına istinadən verdiyi xəbərə görə, Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunda Azərbaycan Respublikasının vətəndaşı Əli Həşimovun idarə etdiyi "Hyundai TG" markalı minik avtomobilinə gömrük nəzarəti zamanı həmin avtomaşından gömrük nəzarətindən gizlədilmiş şəkildə - 30 ədəd "Samsung Galaxy Note 2", 10 ədəd "Samsung Galaxy Note" və 5 ədəd "İphone" markalı mobil telefonlar aşkar edilərək götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31